“Yuventus”un hücumçusu Kriştianu Ronaldu yaxın müddət ərzində karyerasını bitirmək niyyətində olmadığını bildirib.
Ulduz futbolçunun fikirlərini “AP News” agentliyi dərc edib.
Qeyd edək ki, beş fevral 2021-ci ildə portuqaliyalı futbolçunun 36 yaşı tamam olur.
“Hələ də özümü yaxşı hiss edirəm. Ümid edirəm, daha uzun illər oynaya bilərəm. Lakin həyatının gələcəkdə necə olacağını bilmirsən. Motivasiya varsa, yaşın əhəmiyyəti yoxdur. Gənclərlə söhbət edərkən həmişə məsləhət verirəm ki, yaşadığınız andan həzz alın, çünki sabah nə olacağını bilmirik. Hətta ailənizdə də hər şey ola bilər”.
Portuqaliyalı futbolçu əlavə edib ki, gələcəkdə karyerasını çox parlaq görür:
“Formasını geyindiyim hər klubla kubok qazandım. Ancaq dünya çempionluğunu qazanmaq mənim üçün bir xəyaldır”.