Türkiyəyə xaricdən gələnlər üçün koronavirusa qarşı tədbirlər çərçivəsində yeni qayda tətbiq olunub.

Medianews.az “oxu.az”a istinadən xəbər verir ki, bu gündən başqa ölkələrdən Türkiyəyə gedənlər uçuş saatından 72 saat əvvəl verilmiş neqativ PCR testi təqdim etməlidirlər.

Qeyd olunur ki, çap və ya rəqəmsal formada neqativ PCR testi nəticəsi təqdim etməyən sərnişinlər uçuşa buraxılmayacaqlar.

Altı yaşınadək sərnişinlər üçün test nəticəsini təqdim etmək məcburiyyəti yoxdur.