Rusiya sülhməramlıları Dağlıq Qarabağda 8.3 mindən çox partlayıcı aşkar edərək zərərsizləşdirib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Dağlıq Qarabağdakı mühəndis istehkam bölmələri 238 hektar ərazini, 93 kilometr yolu, 423 yaşayış binasını 8,3 mindən çox partlayıcıdan təmizləyib”, – deyə məlumatda bildirilir.
Dağlıq Qarabağda hava limanlarından birinin minalardan təmizlənməsi zamanı personalın təhlükəsizliyini təmin etmək və işin məhsuldarlığını artırmaq məqsədilə çoxfunksiyalı “Uran-6” robot kompleksindən istifadə edilib.