“Euronews” telekanalının Rusiya xidməti işğaldan azad edilmiş Suqovuşana səfər edib.

Suqovuşandan reportaj hazırlayan telekanalın çəkiliş heyəti burada azərbaycanlı yerli sakinin də fikirlərinə yer verib.

Kiçik yaşlarında buradan qovulduqları günləri xatırlayan həmyerlimiz ermənilərin qəfil peyda olduqlarını və onları bölgəni tərk etməyə məcbur etdiyini qeyd edib.

Süjetdə həmçinin Suqovuşan bölgəsinin füsunkar gözəlliyini əks etdirən görüntülərə də yer verilib.