Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsini uca tutur, onlarla fəxr edir. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik və qəhrəmanlıq simvolumuzdur.
BAKU.WS xəbər verir ki, Milli Ordunun sıralarında şəhadət zirvəsinə ucalmış daha bir hərbçimiz Emil Şamilovdur.
O, dünya çempionluğunu şəhidlik zirvəsi ilə əvəz edib. Emil Şamilov Hadrut-Şuşa istiqamətində döyüşlər zamanı snayper gülləsinə tuş gəlib.
İTV-nin qəhrəmanımızla bağlı hazırladığı süjeti təqdim edirik: