Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçiriləcək. Hərbi mənbələrdən Modern.az-a verilən məlumata görə, paradın dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb.

Gəncədə vəzifəli şəxs vəfat edib. Oxu.Az-ın Gəncə şəhər Təhsil idarəsindən əldə etdiyi məlumata görə, idarənin müdir müavini İsmayıl İsmayılov ölüb. Onun koronavirusdan vəfat etdiyi ehtimal edilir.

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.