SSRİ-də məşhur ingilis dili dərsliyinin müəllifi, A.M.Qorkov adına Ədəbiyyat Universitetinin professoru Natalya Bonk vəfat edib.

Bu barədə universitetin saytında məlumat yerləşdirilib.

Məşhur professor 97 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, alim xalq arasında “Bonk” olaraq məşhur olan dərsliyin müəllifidir.