Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib
Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan vəzifəsindən azad edilib.
Medianews.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq fərmanı bu gün Ermənistan prezidenti Armen Sarkisyan imzalayıb.
A. Arutyunyanı nazir postunda Vaqram Dumanyan əvəz edib.