Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər.
BAKU.WS xəbər verir ki, səfər zamanı Prezident bildirib ki, düşmən evlərimizi, kəndlərimizi dağıdıb, torpaqlarımızdan istifadə edib:
“Bütün hərbi cinayətlərə görə düşmən cavab verəcək. Ağdam şəhərinə də biz jurnalistləri, o cümlədən xarici jurnalistləri, diplomatik korpus nümayəndələrini dəvət edəcəyik. Qoy, gəlsinlər, görsünlər”.