Rusiyanın hazırda Ermənistanda olan müdafiə naziri Sergey Şoyqu baş nazir Nikol Paşinyanla görüşündə RF prezidenti Vladimir Putinin onların qarşısına qoyduğu vəzifələrdən bəhs edib.
Şoyqu deyib ki, həmin vəzifələrdən biri qan tökülməsinin qarşısını almaqdır: “Biz bunu etmək niyyətində və əzmindəyik”.
Şoyqu deyib ki, biz əməkdaşlığımızı hərbi, hərbi-texniki xətt üzrə davam etdirməyi müzakirə edəcəyik: “Biz buraya böyük planla gəlmişik və onu gerçəkləşdirməyə ümid edirik”.
Musavat.com