Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi, general-polkovnik Movses Akopyan istefa ərizəsi yazıb.
Medianews.az oxu.az-a istinadən xəbər verir ki, M. Akopyan mətbuata açıqlamasında istefa ərizəsini yazdığını təsdiqləyib, amma bunun səbəbləri barədə danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, M. Akopyan 2007-2015-ci illərdə separatçı quldur rejimin işğalçı qüvvələrinə başçılıq edib.