Azərbaycan Televiziyası (AzTV) 27 sentyabrdan başlayan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Cavid Sahratovun Yardımlı rayonunun Əsədabad kəndində yerləşən evindən reportaj hazırlayıb.

Şəhidimizin anası Səkinə Sahratova oğullarını Vətən üçün böyütdüyünü, hər birinin hərbi xidmətdə olduğunu deyib:

“Cavid kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Cavidin tabutu gələndə dedim ki, mənim çiynimə qoyun, son mənzilə də çiynimdə aparım”.

Həmin reportajı təqdim edirik: