Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA və UNESCO-nun birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı iri layihənin həyata keçirilməsi nəticəsində müəyyənləşdirilib ki, Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb.

Həmçinin məlum olub ki, Laçın rayonunda 74, Kəlbəcərdə 91, Qubadlıda 71, Cəbrayılda 93, Zəngilanda 56, Füzulidə 71, Ağdamda 140, Xocavənddə 93, Şuşada 215, Xocalıda 28 tarix və mədəniyyət abidəsinə zərər dəyib.

Ermənistanın Azərbaycanın tarixi, milli və mənəvi abidlərinə qarşı bu zorakılığı düşmənin məqsədli niyyətindən xəbər verir. Ermənilər məqsədli şəkildə Azərbaycanın uzun əsrlərə gedib çatan tarixi abidələrini dağıtmaq, yararsız hala salmaq və birdəfəlik sökməklə bu ərazilərin əsl sahiblərinə məxsus izləri aradan aparmaq istəyirlər.

Ermənilərin məscid və türbələrimizi dağıtmasının əsas səbəbi - ANALİZ

Məscid, türbə və ibadət ocaqları yerləşdiyi ərazi və ya bölgədən asılı olmayaraq hər zaman sülh, əminamanlıq və hüzurun təminatçısı rolunu oynayıb. Bu məkanlara bütün dinlərin konsepsiyaları tərəfindən hörmət yanaşılır və onlara qarşı hər hansı zorakılıq, kobudluq və aşağılayıcı addım qadağandır və cinayət hesb edilir. Əfsuslar olsun ki, erməni vandalları öz dinlərinin göstərişlərinə məhəl qoymaraq məscid və tarixi abidələrimizi terrora məruz qoyublar.

Ermənilərin məscid və ibadət ocaqlarına qarşı mənfurluğu onların təkcə yaxın keçmiş yox, uzaq keçmişə də gedib çıxır. Belə ki, XIX əsrin sonlarında İrəvanda Bakıdan daha çox məscid olub. Rusiya Dövlət Kitabxanasında saxlanılan “Кавказский календарь” (Qafqaz təqvimi) kitabındakı qeydlər bunu təsdiqləyir. 1987-ci ildə nəşr olunan kitabın 392-ci səhifəsində qeyd edilib ki, həmin dövrdə İrəvan quberniyasında 269, Bakı quberniyasında isə 226 məscid olub.

Ermənilərin məscid və türbələrimizi dağıtmasının əsas səbəbi - ANALİZ

Bu fakt ermənilərin İrəvan şəhərinə sonradan yerləşmələrinin sübutu olmaqla, həmin ərazilərdə ermənilərin məscid və ibadət ocaqlarını dağıtmasının dəlilidir. Çünki ermənilərin bu ərazilərə gəlməsi və işğal etdikləri bölgədə törətdiyi cinayətlərdən sonra məscid və ibadət ocaqlarnın ümumi sayında kütləvi azalma müşahidə olunub.

Ermənilər işğal etdikləri ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdıb. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilib.

Ermənilərin məscid və türbələrimizi dağıtmasının əsas səbəbi - ANALİZ

Dağlıq Qarabağ və ətraf rayonlarımız tarixi, mədəni abidələrlə olduqca zəngin idi. Şuşa isə tarixi abidələr şəhəri idi. Bu gün Şuşadakı həmin abidələr yerlə yeksan edilib. Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli, cümə məscidləri, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərini, Xurşud Banu Natəvanın saray kompleksi, Firudin bəy Köçərlinin, Zöhrabbəyovların malikanələri, şair, rəssam, alim Mir Mövsüm Nəvvabın evi, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri M.P.Vaqifin türbəsi tamamilə darmadağın edilib.

Ağdamda Pənah xanın imarətini, cümə məscidini, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət nümunələrini Ermənistana aparıblar.

Azərbaycan Ordusunun 44 günlük müharibədə göstərdiyi şücaət və igidlik nəticəsində işğalçı Ermənistanın bölgədəki bütün planlarını alt-üst etdi. Sökülən məscidlər, dağılan tarixi abidələr heç də bu ərazilərin Azərbaycana məxsus olmaması ilə nəticələnmədi. Dünya bu əraziləri Azərbaycanın tarixi torpağı kimi tanıdığı halda, Azərbaycanın Müzəffər Ordusu da Dağlıq Qarabağ və ətraf rayonların məhz Azərbaycana məxsus olmasını işğaldan azadetmə əməliyyatı ilə sübut etdi.

Orxan Hüseyn
BAKU.WS