Dünyaca məşhur braziliyalı bloqer Amanda Maturana motosiklet qəzasında ölüb.
Bununla bağlı “Daily Star” məlumat yayıb.
Hadisəyə 22 yaşlı qızın polis təqibindən qaçan zaman idarəetməni itirməsi səbəb olub.
Qeyd edək ki, Amanda “YouTube” və “Instagram” kanallarında motosikletləri və motoyarışları ilə məşhurdur. Hadisədən öncə o, qanunsuz motoyarış keçirilən yerdən canlı yayıma çıxıbmış.
Polis motoyarış keçirilən yerə gələn zaman iştirakçılar aradan çıxmağa başlayıb.
Amanda qəza zamanı aldığı xəsarətlərdən hadisə yerində ölüb.