“Bilmirəm, tarix bu qərarla bağlı hansı qiyməti verəcək, amma biz bunu etməyə məcbur idik”.
BAKU.WS xəbər verir ki, bu barədə qondarma rejimin başçısı Araik Arutunyan deyib.
O bildirib ki, Ermənistan ordusu 7 noyabr tarixində Şuşada nəzarəti tamamilə itirib:
“Döyüşlər Xankəndidən 2-3 kilometrdə gedirdi. Əgər bu qərar verilməsə idi, biz bu günlərdə bütün Qarabağı itirərdik. Bununla yanaşı, böyük itkilərimiz olacaqdı.
Son zamanlar biz dronlarla bağlı problemi həll etməyə müvəffəq olduq, amma qarşı tərəf yenidən PUA-lardan istifadə etməyi və mövqelərimizə ağır zərbələr vurmağı bacardı. Ən vacib problemimiz daxildəki mübahisə və təlaş idi”.