Azərbaycan əsgərləri bu günümüzün qəhrəmanlarıdır. Əsgərlərimiz vətən onları çağırarkən heç nəyi gözə almadı. Biri təhsilini yarımçıq qoydu, biri işindən ayrıldı, biri ailəsini belə düşünmədi. Hər biri “öncə Vətən” deyərək cəngavər kimi döyüş meydanına atıldı.
Qaynarinfo xəbər verir ki, bir aydan çoxdur rəşadətli əsgərlərimiz düşməni torpaqlarımızdan qovmaqla Azərbaycan xalqına sevincli günlər yaşadır.
Ordumuzun mərd oğullarından biri də mayor Ağabala Manafovdur. AzTV-nin “Əsgər ailəsi” rubrikasının qonağı mayor Ağabala Manafovun ailəsi olub.