Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki səhifəsində ermənilərin saxtakarlığını üzə çıxarıb.
Musavat.com xəbər verir ki, Hikmət Hacıyev iki foto paylaşıb və düşmənin saxta təbliğatını ifşa edib.
“Foto 1: Azərbaycanın Tərtər rayonunun Ələsgərli kəndi Ermənistan tərəfindən atəşə tutuldu. Günün fotosu kimi paylaşdım. Erməni “Smerch” raketinin mühərrik hissəsi keçir və yerə girir.
Şəkil 2: Uğursuz erməni saxtası. Onlar hətta hörümçək torunu təmizləməyi belə, unudublar”, – deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri yazıb.