Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda tədris prosesin dekabrın 1-dək distant qaydada təşkili ilə bağlı brifinq keçirilir.
Medianews.az-ın məlumatına görə, mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev iştirak edir.
Brifinqdə Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin təmin edilməsi ilə bağlı qaydalara dəyişikliklər müzakirə edilir.