İzmirdə 6,6 bal gücündə baş verən zəlzələdən sonra  insanlar küçələrə axışıb. Seferihisar rayonunun bəzi yerlərində binalar dağılıb. Bir binanın çökmə anı, hadisə şahidi tərəfindən qeydə alınıb.

AFAD-ın məlumatına görə azı altı bina çöküb. Bundan başqa çoxlu binalara da ciddi zərər dəyib.

Qurbanlar barədə hələ ki, xəbər yoxdur. Ancaq dağıntılar altında çoxlu insanların qaldığı bildirilir.