Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərindən şəhərləri tərk etməyə çağırıb.

Oxu.Az-ın məlumatına görə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artur Ovannisyanın bununla bağlı müraciəti yayılıb.

“Bütün Xankəndi və Şuşa sakinlərindən təhlükəsizlik naminə müvəqqəti olaraq şəhəri tərk etmələrini xahiş edirik”, – deyə məlumatda bildirilib.