Avropanın ən varlı adamı Bernar Arno bir həftədə (15-22 oktyabr) 8 milyard dollar daha varlanaraq, sərvətini 122 milyard dollara çıxarıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Qeyd etmək lazımdır ki, Bernar Arno “Christian Dior”, “Louis Vuitton”, “Givenchy”, “Guerlain”, “Moët & Chandon”, “Hennessy”, “Chaumet” kimi dünyanın tanınmış bəzək, kosmetika və digər bahalı brendlərinin istehsalçısı sayılan “LVMH” korporasiyasının rəhbəridir.

Iqtisadi eksertlərin təsbitlərinə görə, B.Arnonun rəhbərlik etdiyi şirkət ötən həftə koronavirus pandemiysından irəli gələn böhranın öhdəsindən gəldiyini göstərən rəqəmləri paylaşıb. Bir həftədə “LVMH”nin səhmləri 6%-lik artış göstərərək “S&P 500” və “Dow Jones Industrial Average” kimi sərmayə şirkətlərinin indeksini qabaqlayıb.

Buna əsas səbələrdən biri də holdinqin dəb dünyasının məşhur markalarından “Louis Vuitton” və “Dior”un satışlarının olduqca yüksəlməsidir.

“Forbes” bununla bağlı olaraq dünyada “pul kisəsini” artıran milyarderlərin ilk onluğunu dərc edib.

1. Bernar Arno— $122 млрд ($8 milyard artım);

2. Mark Sukerberq (“Facebook”) — $102,1 milyard ($4,1 artım);

3. Bobbi Merfi (“Snap”) — $8,1 milyard ($2,2 milyard artım);

4. Larri Peyc (“Google”un həmtəsisçisi) — $71,6 milyard ($2,1 milyard artım);

4. Sergey Brin (“Google”un həmtəsisçisi) — $69,6 milyard ($2,1 milyard artım);

6. Evan Şpigel (“Snap”ın təsisçisi) — $7,7 milyard ($2 milyard artım);

7. Tzo Huey (“Homelink”in sahibi) — $22,4 milyard ($1,8 milyard artım);

7. Şeldon Adelson (“Las Vegas Sands”ın sahibi) — $32,1 milyard ($1,8 milyard artım);

7. Kolin Çjen Huan (“Pinduoduo”nun rəhbəri) — $30,9 milyard ($1,8 milyard artım);

10. Amansio Orteqa (“Inditex” şirkətinin, “Zara” mağazalar şəbəkəsinin sahibi) — $67,1 milyard ($1,6 milyard artım).