Rusiyalı politoloq Yevgeni Mixaylov erməni xalqına ünvanladığı video müraciətində deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir.

“Qarabağda baş verənlər Azərbaycanın Ermənistan baş naziri Nikol Paşinyanın Soros rejiminin çoxsaylı təxribatlarına verdiyi cavabdır.

Siz bir təcavüzkarın hücumuna məruz qalmadınız, sadəcə Azərbaycan elə sizin hökümətin əvvəllər vəd etdiyi kimi, işğal olunmuş ərazilərinin qaytarılmasını uzun müddətdir gözləyirdi”, – deyə politoloq ermənilərə müraciətində bildirib.