“Həyat və gələcəklə bağlı böyük xəyalları olan bu yaraşıqlı 13 yeniyetmə Ermənistanın Gəncəyə raket zərbəsi nəticəsində ağır yaralanan Rusiya vətəndaşı Mayakov Maksim Vladimiroviçdir. O, xalasıgilə qonaq getmişdi. Bu gün həlak olub”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.