Dağıstanın Xasavyurt şəhərində 35 yaşlı keçmiş MMA döyüşçüsü Şamil Abdulmuslimov öldürülüb.

Bu barədə NTV məlumat yayıb.

Keçmiş idmançı kafedə güllələnib. İstintaqın versiyasına görə, qətl torpaq sahəsi ətrafında mübahisə zəminində törədilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Onlar 24 və 53 yaşlı yerli sakinlərdir.