Azərbaycan Respublikasının işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritəsi növbəti dəfə yenilənib.

İnteraktiv xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən 3 şəhər, 3 qəsəbə, 148 kənd və Murovdağ zirvəsi qeyd olunub.

Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb.