Türkiyəli müğənni Hilal Çebecinin ötən gün sosial şəbəkədə azərbaycanlılara qarşı aqressiv münasibət göstərməsi qalmaqala səbəb olub. Onun hansı səbəbdən azərbaycanlıları təhqir etməsi türkiyəli məşhurlar tərəfindən də müzakirə edilməkdədir.

Musavat.com bildirir ki, Türkiyənin məşhur sosial şəbəkə fenomeni Seyhan Soylunun bu haqda yazdığı iddia çoxlarının diqqətini çəkib. O bildirib ki, H.Çebeci keçmiş sevgilisi Doğuşdan intiqam alır və azərbaycanlı qadınları buna görə sevmir:

“H.Çebecinin niyə bu sözləri dediyini anladıq. Bildiyiniz kimi, müğənni Doğuş Hilalın keçmiş sevgilisi olub. Hilal onun əlinə dibçək verərək çılpaq şəkillərini intiqam almaq üçün çəkib yaydı. Çılpaq pozalarla onu gündəmə gətirdi. Bundan sonra Doğuş ondan ayrılaraq tez bir zamanda azərbaycanln gözəl teleaparıcısı Xoşqədəmlə evləndi. Evləndikdən sonra Hilal Xoşqədəmin kefini pozmaq üçün ona dəfələrlə zəng vurub. Xoşqədəm də onun cavabını verib, ağzına nə gəlibsə deyib, söyüb. Bundan sonra Hilal Çebeci ümumən azərbaycanlı qadınlarına qarşı bu mövqedə olub”.

Xatırladaq ki, Hilal Çebeci sosial şəbəkə hesabında azərbaycanlı qadınlarının çox söyüş söyən olduğunu, ermənilərin yaxşı insanlar olduğunu deyib. Onun bu cür ifadələri türkiyəli məşhurlar tərəfindən də sərt qarşılanıb, tənqid olunub.