“Bir nömrəli terrorçu” Usama bin Ladenin qardaşı qızı Nur “Fox News”un efirində insanların ona olan nifrətindən danışıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Maraqlıdır ki, o, insanların onu beynəlxalq terrorçunun soyadını daşımasından daha çox, ABŞ Prezidenti Donald Trampı dəstəkləməsinə görə nifrətlə qarşıladığını deyib.

Qadının etirafı yalnız aparıcını deyil, proqramın izləyicilərini də təəccübləndirib.

Qeyd edək ki, 2020-ci ilin sentyabrında Nur Bin Laden “New York Post” üçün ilk müsahibəsini vermişdi. O, jurnalistlərə açıqlamasında Donald Trampın yenidən seçilməsini dəstəklədiyini və 9/11 üslublu başqa bir hücumun qarşısını yalnız onun ala biləcəyini demişdi.

Qadın İsveçrədə yaşamasına baxmayaraq, özünü qəlbən amerikalı hesab etdiyini deyərək, ABŞ-ı özünün “ikinci vətəni” adlandırıb.