Rusiyalı aktrisa Kristina Asmus koronavirusa yoluxduqdan sonra yaşadığı çətinlikləri açıqlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, aktrisa bu barədə “İnstagram” hesabında paylaşım edib. O, virusun ən çətin simptomunu yaşayıb.

Sənətçi hələ də hərarətinin olduğunu və halsızlıqdan əziyyət çəkdiyini qeyd edib. Eyni zamanda Asmus öskürək, baş ağrısı və bədən ağrılarından şikayətlənib.

“Heç bir qoxu və ya dad bilmə duyğusu yoxdur. Yeməyə ümumiyyətlə maraq yoxdur. Hər şeyin dadı eynidir. Bu mənim üçün çox qeyri-adi bir şeydir, halbuki yeməyi sevirəm”, – aktrisa vurğulayıb.

Bundan əlavə, Kristina Asmus əlavə edib ki, yüksək temperatur olduğu zamanlarda da iştahı olub, amma koronavirus səbəbilə tamamilə yox olub.

Xatırladaq ki, Asmusun COVID-19-a yoluxduğu 14 oktyabrda məlum olub. Aktrisanın yüksək hərarəti olsa da, evdə müalicə olunur.