Azərbaycanın Macarıstandakı səfirliyinin önündə Gəncədə Ermənistan ordusu tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən terror nəticəsində həlak olan qurbanların xatirəsi anılıb.
Bu barədə məlumatı və fotoları Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev öz “Facebook” səhifəsində paylaşıb.
Səfirliyin giriş qapısına qərənfillər, şamlar, oyuncaqlar düzülüb, terror zamanı həlak olanların fotoları asılıb.