Məşhur türkiyəli aktrisa Bergüzar Korel də işğalçı Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, aktrisa sivil insanların ölməsinə biganə yanaşmayıb və baş verənləri erməni vəhşiliyi adlandırıb:
“Heç mərhəmət etmədən məsum, günahsız insanları, balaca uşaqları öldürmək… Bütün həyatlarını, xatirələrini, xəyallarını, gələcəyini o torpağın altına basdırmaq… Kəlmələrin bitdiyi yerdəyik. Allahım, bu günahsız insanların səslərini eşit… Qəlbim Azərbaycanın, Gəncənin, günahsız mülki şəxslərin və uşaqların yanındadır”.