Rusiya Federasiyasının Fransadakı səfirliyi Fransada Samuel Pati adlı müəllimi qətlə yetirən 18 yaşlı çeçen əsilli Abdulla Anzorovun ölkə vətəndaşı olmadığını bəyan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, səfirlik adı çəkilən şəxsin RF ilə heç bir bağlantısının qalmadığını, son 12 ildə Fransada öz ailəsi ilə yaşadığını bildirib.
“Bu adam hələ 6 yaşında olarkən Fransaya ailəsi ilə birlikdə mühacirət edərək, burada siyasi sığınacaq alıb. Bunun nəticəsində onlar uzunmüddətli yaşamaq hüququ qazanıblar. Xaricdə siyasi sığınacaq hüququ qazanan şəxs isə Rusiya vətəndaşlığını avtomatik olaraq itirir. Ona görə də burada əsas məsəlsə kimin harada anadan olması deyil, onun necə və hansı şəkildə radikallığa sövq etdirilməsidir”,-deyə diplomatik nümayəndəliyin bəyanatında qeyd olunur.
Xatırladaq ki, Fransanın Konflan-Sent-Onorin kommunasında Bua d`Oln kollecində tarix və coğrafiya dərsini verən 47 yaşlı Samuel Pati bu ilin oktyabr ayının 16-da mətktəbin yaxınlığında Abdulla Anzorob tərəfindən baş kəsilərək öldürülüb.
Fransız mediasının yazıdğına görə, S.Pati qətlə yetirilməzdən bir neçə gün əvvəl Məhəmməd peyğəmbərin (s.ə.s.) “Chalie Hebdo” jurnalında çıxarılan karikaturasını nümayiş etdirərək şagirdlərlə söz azadlığı barədə danışırmış.