ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində rəqibi Co Baydeni korrupsiyaya qurşanmaqda ittiham edib.

Qeyd edək ki, bir neçə gün əvvəl “New York Post” nəşri Co Baydenin oğlu Hanter Bayden ilə ukraynalı biznesmen Vadim Pojarski arasında olan yazışmanın bir hissəsini dərc edib.

V. Pojarski ABŞ-a dəvətə və atası ilə görüşməsinə şərait yaratdığına görə gənc Baydenə təşəkkürünü bildirib. Eyni zamanda ukraynalı biznesmen Hanter Baydendən şəxsi nüfuzundan istifadə etməsini xahiş edib.

TASS agentliyi xəbər verir ki, D. Tramp mətbuata sızan yazışmaların həqiqiliyinə tam inandığını və C. Baydenin korrupsioner olduğunu söyləyib.

“Co Bayden tamamilə korrupsiyalaşmış siyasətçidir. O, bütün ömrü boyu belə olub”, – deyə D.Tramp qeyd edib.