Ukraynada azərbaycanlıların təşkilatçılığı ilə əsgərlərimizə yardım aksiyası başladılıb.

BAKU.WS xəbər verir ki, əslən Azərbaycandan olan dünyaca məşhur fitnes-model Bahar Nəbiyeva həmin təşəbbüsə qoşulub.

O, yardım aksiyasından olan görüntüləri sosial şəbəkə hesabında Azərbaycan bayraqlarını əlavə edərək paylaşıb.

Qeyd edək ki, Bahar Nəbiyeva “İnstagram” fenomenidir. O, Ukraynada yaşayır.

3 milyon izləyicisi olan Bahar Nəbiyeva əsgərlərimizə belə yardım etdi - FOTO