Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə vurulan zərbələrin görüntüləri yayılıb.

Medianews.az xəbər verir ki, yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərən düşmənə layiqli cavab verilib.

Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib. Kadrlarda həmin anlar əks olunub.

İtkiləri yüzlərlə olan düşmənin cəbhədə darmadağın edildiyi anları təqdim edirik: