Bakının Nəsimi rayonunda iki nəfər döyülərək ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əlimərdan Topçubaşov küçəsində baş verib.

1961-ci il təvəllüdlü Səmədova Ofeliya Böyükağa qızı və onun qardaşı, 1965-ci il təvəllüdlü Səmədov Ramiz Böyükağa oğlu qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava ediblər. Dava zamanı R.Səmədov və O.Səmədova döyülərək ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, O.Səmədova sol qol sümüyünün sınığı, R.Səmədov isə sağ ayağının sınığı və baş nahiyəsinin əzilmiş, kəsilmiş-deşilmiş xəsarətləri alıb.

Yaralılar reanimasiya şöbəsinə yerləşdirilib.