Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribatlar həyata keçirərək bütün cəbhə xətti və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələri boyunca Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutub.

Atışma iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından həyata keçirilib. Bundan sonra Azərbaycan ordusu əks hücum əməliyyatına keçib və döyüşlər bu günə qədər davam edir.

Media.Az Zəngəzurda (Ermənistan) anadan olan və uşaqlığında erməni təcavüzünü hiss edən İlahə Səfərova ilə söhbət edib.

– İlahə xanım, siz Mehri şəhərində doğulub boya-başa çatmısınız…. 

– Bəli, atam Zəngəzurdandır, valideynlərimin əcdadları İrəvan xanlığında yaşayıblar, biz əslən İrandan olan türk nəslindənik.

– Şəhərin erməni əhalisi sizinlə necə davranırdı? 

– Mehridəki erməni uşaqları məni və iki bacımı “turkes” adlandırırdılar və məktəbdən evə qayıdanda bizə daş atırdılar.

– Bəs buna səbəbləri nə idi? 

– Yalnız ona görə ki, biz erməni deyildik. Amma biz bunun qarşını alırdıq , atam bizə döyüşməyi öyrətmişdi. Və bizi “turkes” adlandırdıqları üçün deyil, mənə daş atdıqları və ədəbsiz sözlər dedikləri üçün onların burnunu əzərək, barmaqlarını qıraraq döyüşürdüm, onların valideynləri ilə isə atam məşğul olurdu. Bütün bunlar Mehridə az sayda azərbaycanlının yaşamasına baxmayaraq baş verirdi.

– Balaca uşaqlardır və indidən bu qədər qəzəblidirlər… 

– Bilirsiniz, yeddi yaşımda nənələrinin erməni övladlarına yatmazdan öncə nağıl danışmaları əvəzinə, qondarma “qədim uzun müddət əziyyət çəkmiş bir xalqın soyqırımı” haqqında kitab oxumalarını öyrənəndə çox sarsıntı keçirtdim. İllüstrasiya olaraq, bu kitablardan birində kəsilmiş başlar, hamilə qadınların yarılmış mədələri və digər vəhşilikləri görmək olar. Nəzərə alın ki, mən alnında və ya qolunda qan ləkələri olan səhnələrin ən şiddətli olduğu dövrdə böyüyən bir nəsildənəm. Gecələr isə biz “Gecəniz xeyrə, uşaqlar” verilişinə baxırdıq. Bir psixoterapevt kimi təhsil alan və əqli travmalı insanlarla çalışan biri kimi deyə bilərəm ki, insan psixikasında ən bərpa olunmayan “ləkələr” beş yaşınadək qalır. Mən bu gün başa düşünürəm ki, daşnaklara xas olan, əqli cəhətdən sağlam bir insanın anlayışı üçün əlçatmaz, 30-40 il “evləri dost olan” azərbaycanlı türkü bıçaqlamağa hazırlıq halı bu cür travmatik tərbiyənin nəticəsidir. Bu, ömürlükdür…

Bu, uşağın beynində alovlanan, bütün düşüncəsinin, gündəlik seçimlərinin və bütün həyatının qurulduğu sinirlə əlaqəli yaranan genetik bir koddur.

– Belə çıxır ki, azərbaycanlılara və türklərə qarşı nifrət hissi genetik səviyyədə tətbiq olunur? 

– Belə deyək ki, bu hiss onların beynində becərilir. Babamın ataları Zəngəzurda, anamın ataları isə İrəvanda öldürülüb. Vedibasarlı olan ana nənəm 1948-ci ildə oradan deportasiya edilib. Mənim ulu babam isə atçısı – Mamikon tərəfindən bıçaqlanaraq öldürülüb, yetim olduğuna görə babam onu yoldan götürüb, evində böyüdüb, evlə təmin edib və qazanc əldə etməsinə kömək olub, toyunu edib və onu öz oğlu kimi böyüdüb. Bu dəhşətli hadisələrin təsdiqini xüsusi icazə ilə və yalnız tədqiqat işləri üçün qəbul edilən arxivlərdə gördüm. Mən qandonduran fotoşəkillər və sənədlərlə tanış oldum. Müqayisə üçün qondarma “erməni soyqırımı” ilə bağlı arxivləri açmaqdan imtina edirlər. Həyatımda ilk astma pristupu təcili yardım çağırmalı olduğum Xocalıdakı görüntüləri gördükdən sonra tutub. Lakin 1905 və 1918-ci illərdə İrəvanda və Zəngəzurda babalarımın xüsusi zülmlə qətlə yetirilməsinə, həmçinin bütün ailə üzvləri, körpələri ilə yanaşı öldürülmələrinə baxmayaraq, mən intiqam hissi ilə yaşamıram.

– Mehridən nə vaxt ayrıldınız? 

– 1987-ci ildə, Qarabağ hadisələri başlamazdan bir il əvvəl. Və 1988-ci ildə nənə və babalarım oradan çıxarıldı. Mən deyə bilmərəm ki, bütün ermənilər pisdir, yalnız daşnaklar, amma onlar da çox idi. Adətən ermənilər daşnakları sevmirdilər və onlardan çox qorxurdular. Erməni İnqilab Federasiyası “Daşnaktsutyun” ötən əsrin 80-ci illərində ölkədə Karen Damirçyanın hakimiyyəti dövründə fəaliyyətini bərpa edib. Bir vaxtlar məşhur erməni şairi Yegişe Çarents yalnız tsekakronu qəbul etmədiyi üçün təqib olundu. Bu ad “nəsil” və “din” sözlərindəndir. Daşnakların əleyhdarları bunu “klan ibadəti” hesab edirlər. Çarentsin İrəvandakı həbsxana hospitalında ölmədiyi, daşnaklar tərəfindən öldürüldüyünə dair fikirlər var. Bu fikirləri əsaslandırmaq mümkün deyil, amma düşünürəm ki, belə idi.

– Siz Ermənistandan getdikdən sonra orada qalan nənə və babanız necə yaşayırdı? 

– Onlar şiddətli təqiblərlə qarşılaşdılar. Hər addımda, sözün əsl mənasında, davamlı olaraq incidilir və təhdid olunurdular. Azərbaycanlılar erməni həkimlərinə müraciət etməkdən qorxurdular, davamlı təqib edilir, torpaqlarından, özlərinin dedikləri kimi “öz Adibijanlarına” çıxıb getmələrini tələb edirdilər. Mağazalardakı satıcı qadınlar çörəyə tüpürüb sonra onu azərbaycanlılara satırdılar. Və polis hər zaman onların tərəfini tuturdu.

– Bəs qohumlarınız arasında 90-cı illərin əvvəllərində Qarabağdakı müharibə zamanı vuruşan olubmu? 

– Bəli, atamın əmisi Hilal Səfərov ehtiyatda olan polkovnikdir, yeddi il Almaniya Demokratik Respublikasında xidmət edib, peşəkar hərbçidir. O, yaşadığı Belarusdan gəlib Qarabağda döyüşüb və ağır yaralanıb. Yeri gəlmişkən, bu gün mənim əmim və əmim uşaqları ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda cəbhədə vuruşurlar. Qohumlarımdan biri birinci Qarabağ müharibəsi zamanı əsir götürülüb, o, işgəncələrə məruz qalıb. Yemək üçün ona yalnız taxıl və su verilib, bütün bədəni şişib və yeriyə bilməyib. Hər gün şüurunu itirənə qədər onu döyüblər, soyuqda soyundurub üstünə su töküblər, qollarını və ayaqlarını sındırıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə onu azad etmək mümkün olub.

– Sizcə, Azərbaycan torpaqlarını qaytardıqdan sonra azərbaycanlılar və ermənilər eyni ərazidə birlikdə yaşaya biləcəklərmi? 

– Bu, çox vacib bir sualdır. Məsuliyyətsiz açıqlamalar vermək haqqım yoxdur. Amma mənim şəxsi fikrimi bilmək istəyirsinizsə…

Fikrimcə, onların arasında sağlam düşüncəyə sahib olmayan nasist ideyalı olanlar hələ də var. Psixoloqlar hər kəsdən daha yaxşı bilirlər ki, özlərini həyatda əhəmiyyətsiz hesab edən, əhəmiyyətli biri olmaq ümidini itirən və özlərini təsdiqləmək istəyən insanlar bu cür formasiyalara sığınırlar. Onlar ömür boyu özlərini böyük bir şeyin bir hissəsi hesab etmək, özlərini müstəsna fərdlər kimi düşünmək istəyirlər. Və qonşularına qarşı məhz bu xəyali üstünlük sayəsində ikinci dərəcəli insan kimi davranırlar. Xülasə, deyə bilərəm ki, bu mərhələdə onlarla eyni ərazidə yaşamaq çox çətindir. Onlar genetik dərəcədə nifrətlə dolu bu virusa yoluxublar. Bunu şüurlarından çıxarmaq çox çətin olacaq. Əgər yeni Njde və ya Balayanlar yaranarsa, onlar bizim arxamızca qaçacaqlar. Bu, həqiqətən çox cəsarətli bir qeştaltdır (almancadan, bütöv obraz) – içimizdə və bizdən kənarda olanların cəmidir, bu da bir şəkildə ehtiyacımız və onun mümkün məmnuniyyəti ilə bağlıdır. Və təməl hisslər üzərində oynamaq çox asandır. Bir az psixologiyanı bilmək kifayətdir. Axı, bununla bağlı təcrübələr aparılıb, məsələn Üçüncü dalğa kimi.

Qeyd edək ki, “Üçüncü dalğa” tarix müəllimi Ron Cons tərəfindən Amerika liseyinin 10-cu sinif şagirdləri (yəni, təxminən 16 yaşında olan) üzərində aparılan psixoloji bir təcrübədir. 1967-ci il aprelin əvvəllərində R. Cons Palo-Alto məktəbində dərslərinin birində bir həftə alman xalqının repressiv Milli Sosializm dövründəki davranışını anlamağa çalışıb. Məktəblilər üçün ciddi qaydalar tətbiq edərək gənclərdən ibarət qrupun yaradıcısı olduqdan sonra təəccübünə görə nə tələbələrin, nə də böyüklərin müqaviməti ilə qarşılaşmayıb. Beşinci gün Cons təcrübəni sona çatdırıb, tələbələrə nə qədər asanlıqla manipulyasiya edildiklərini və bu günlərdə itaətkar davranışlarının Üçüncü Reyxin adi vətəndaşların hərəkətlərindən əsaslı şəkildə fərqlənmədiyini izah edib.