Xalq artisti Mələkxanım Əyyubovanın qızı Nəzrin Nəcəfova və Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial mediadan əsgərlərə dəstək paylaşımı ediblər.
“MediaPost” xəbər verir ki, onlar Şəhidlər Xiyabanında əllərində bayraq foto çəkdiriblər. Aynişan 1,1 milyon izləyicisi olan səhifəsində şəkillərə bu fikirləri yazıb:
“Torpaq uğrunda ölən varsa Vətəndir. Yaşasın ordumuz! Qardaşlarımızın yolunu gözləyirik. Qələbə bizimlədir. Qarabağ Azərbaycanındır!”.
N.Nəcəfova isə düşüncələrini belə ifadə edib:
“Yaşasın Azərbaycan ordusu! Allah əsgərlərimizi qorusun. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”.
Qeyd edək ki, N.Nəcəfova rəssamdır, A.Quliyeva isə blogerlik və aktrisalıq fəaliyyəti ilə məşğuldur.