Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

“Qafqazinfo”nun Tərtərə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, bir neçə dəqiqə əvvəl düşmənin atdığı mərmilərdən biri Tərtər şəhərinin mərkəzində Avtovağzalın qarşısına düşüb. Nəticədə avtobus dayanacağının qarşısında bir nəfər mülki vətəndaş həlak olub.

Hazırda da Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin atəşə tutulması davam edir.

Ermənilər Tərtəri atəşə tutur - Mülki vətəndaşımız həlak oldu
Ermənilər Tərtəri atəşə tutur - Mülki vətəndaşımız həlak oldu
Ermənilər Tərtəri atəşə tutur - Mülki vətəndaşımız həlak oldu