İstanbulun tarixi Qalata qülləsi və Ankara şəhərindəki “TOBB towers” binaları Azərbaycan Respublikasının bayrağının rəngləri ilə işıqlandırılıb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, Ermənistan ordusunun Azərbaycanın hərbi obyektlərinə və mülki vətəndaşalarına qarşı təxribatlarından sonra başlayan hərbi əməliyyatlar hazırda da davam edir.

Qeyd olunur ki, aksiya Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilir.

Məqsəd dost və qardaş Azərbaycan dövləti ilə həmrəylik nümayiş etdirməkdir.