Vyetnam hökuməti yeni adı ilə satışa hazırlanan 324 min (bəzi mənbələrdə 345 min) istifadə olunmuş prezervativ müsadirə edib.

Bu barədə yerli “Tuoyçe” qəzeti xəbər yayıb.

Məlumata görə, Bin Donq əyalətində olan müəssisədən müsadirə edilən qoruyucuların ümumi çəkisi 360 kq olub.

Polis həmçinin məhsulları təkrar satışa hazırlayan qadını saxlayıb. O, prezervativləri yumaq, qurutmaq və əvvəlki formasını bərpa etməklə məşğul olub. Hər bir kiloqram üçün qadın 0,17 dollar (0,28 AZN) alırmış.

Qadın istifadə olunmuş qoruyucuları ayda bir dəfə tanımadığı birindən aldığını etiraf edib. Polis hazırda şəxsin kimliyini müəyyənləşdirir.

İndiyə kimi belə məhsullardan nə qədərinin satıldığı isə məlum deyil.