Kambocada siçovul mina və partlayıcı maddələr axtararkən göstərdiyi şücaətə görə medalla təltif edilib.

Bu barədə “The Mirror” xəbər verib.

Gəmirici ümumilikdə 141.000 kvadratmetr ərazini araşdıraraq 39 mina və 28 başqa maddə tapıb.

O da bildirilir ki, Maqava ləqəbli siçovul itlərdən sonra bu mükafata layiq görülən ilk heyvandır.

Nəşrin məlumatına görə, Kamboca ərazisində vətəndaş müharibəsi ilə əlaqədar 1975-1998-ci illərdə altı milyona yaxın mina düzülüb. Beləliklə, bu heyvanların işi sakinlərin həyatını xilas etmək olub.