Meksika əsilli amerikalı aktrisa Salma Hayek kosmetikasız şəklini paylaşıb.

Lenta.ru-nun məlumatına görə, kadrlar onun “Instagram” hesabında yayımlanıb.

Fotoda aktrisanın ağarmış saçları da görünür.

“Müdrikliyin ağ birçəkləri”, – deyə o, paylaşımına şərh yazıb.

Şəkillər paylaşıldıqdan az müddət sonra 400 mindən artıq bəyənmə toplayıb. Pərəstişkarları aktrisanın təbii görünüşünə heyranlıqlarını bildiriblər.