Türkiyənin “Qalatasaray” klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə yüksəlməyi bacarıb.

“Aslanlar” III təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubunu məğlub ediblər – 2:0.

Qolların müəllifləri Yunes Belhanda və Rayan Babeldir.

“Qalatasaray”dan fərqli olaraq, Türkiyənin digər iki təmsilçisi “Alanyaspor” (1:0) və “Beşiktaş” (1:1, penaltilər 2:4) uğursuz çıxış edərək, avrokuboklarla vidalaşıblar.