400 minlik toyları ilə gündəmdən düşməyən bloger Aysel Şükür və Oqtay Əhmədov rəsmi boşanıb.

Axşam.az-ın xəbərinə görə, bu haqda Oqtay məlumat verib. O, boşanma sənədini yayımlayaraq prosesin sentyabrın 22-də yekunlaşdığını deyib:

“Artıq boşanmağımız rəsmən təsdiqləndi. Çox çalışdım ki, belə nəticə olmasın. Siz çox şeyi “Instagram”da görürsünüz, amma mənim etdiyim çox şeyi görə bilməzsiniz. Nə xəyanət olub, nə də başqa bir şey. Şər-böhtanlar atıldı keçdim. Mənim barəmdə nəsə paylaşım olsa, dəqiqliklə nə üstə ayrıldığımızın hamısını danışacağam. Uzun müddətdir ki, ortaq dostlarımız bizi bir araya gətirməyə çalışdı, razı oldum, tək istədiyim ailəmi geri qaytarmaq idi. Hətta mənim səhvim olmaya-olmaya. Bunun üçün çox cəhdlər etdim, təəssüf o insan razılaşmadı.

Sevgimi, ailəmin arxasında dayandığımı üzə deyirəm, internetdə paylaşmırdım. Video qoyub göz yaşıma görə nə reytinq yığdım, nə də sevgi çarxları paylaşdım ki, kiminsə yazığı gəlsin. İzləyicilər mesaj yazırlar, ona görə də məcbur paylaşım edirəm.

Daha bu ailə yoxdur. Bu barədə mənə heç nə yazmayın, video, şəkil göndərməyin. Sevgimi, verdiyim dəyəri beş il əvvəl və evlilik dövründə sübut etmişəm. Uşaqlarımın anasıdır. Ona görə də günlərdir susuram, əsl səbəbləri açıqlamıram. Tək istəyim mənə şər və böhtan atılmasın!”.

Qeyd edək ki, Aysel ərinin ona xəyanət etdiyini iddia edib. Cütlüyün əkiz övladı var.