Aparıcı Afaq Gəncəli “Üçümüz” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, aparıcı ona ünvanlanan sualları cavablandırıb.

“Şou aləmində hamı ilə dostam. Məni işsizlik, təklik, səssizlik yorur və bezdirir. Tək qalmağı, səssiz yeri sevmirəm. Bütün günüm ora-bura qaçmaqla keçir”, – deyə sənətçi bildirib.

İkinci dəfə ailə qurmaqla bağlı suala isə Afaq belə reaksiya verib:

“Şəxsi həyatıma məşhurluğum mane olur, mənə rahat deyil. Bir Allah bəndəsi olsa, ikinci dəfə ailə quraram. Amma Allah bəndəsi yoxdur”.