Rusiya prezidenti Vladimir Putin ölkə müxalifətinin lideri Aleksey Navalnın zəhərlənmə hadisəsi ilə bağlı susqunğunu pozub.

Musavat.com xarici agentlikərə istinadən xəbər verir ki, Kremlin sahibi bunu hər kəs üçün açıq şəkildə deyil, Fransa prezidenti Emmanuel Makronla bu ilin sentyabr ayının 14-də baş tutan telefon söhbətində dilə gətirib.

Qeyd etmək lazımdır ki, iki ölkə lideri arasında baş tutan telefon danışığının məzmunu Fransanın “Le Monde” qəzetində yayımlanıb.

Burada Vladimir Putin Aleksey Navalnı haqqında olduqca ikrah dolu ifadələr işlədərək, onu yalançı, simulyant və qanun pozucusu adlandırıb.
Rusiya prezidenti fransalı həmkarına Aleksey Navalnının əvvəllər də özünü xəstəliyə vurduğunu iddia edərək, onun rəhbərliyindəki Korrupsiya ilə mübarizə fondunun dövlət adamlarını şantaj etməklə məşğul olduğunu söyləyib.

Rusiya liderinin sözlərinə görə, Aleksey Navalnın zəhərlənməsi hadisəsində digər versiyaları gözdən keçirmək lazımdır. Bunlardan biri müxalif siyasətçinin Litva tərəfindən zəhərlənməsi iddiasıdır. Belə ki, “Noviçok” zəhərinin ixtiraçısı hazırda bu ölkədə yaşayır. İkincisi isə Aleksey Navalnının zəhəri özünün içməsi variantıdır.

Macron and Putin seek reset in splendour of Versailles | Financial Times

Lakin Emmanuel Makron hər iki versiyanı qətiyyətlə rədd edərək fransız ekspertlərin Aleksey Navalnının qanının tərkibində “Noviçok”maddəsini tapdıqlarını söyləyib. Fransa prezidenti “Noviçok”un hər hansı özəl bir təşkilatın əlində olmasının mümkünsüzlüyünə diqqət çəkərək, Rusiya tərəfindən bu məsələyə rəsmi münasibət göstərilməsini gözlədiklərini sözlərinə əlavə edib.