Moskvada son sutka ərzində koronavirusdan 16 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da Rusiya paytaxtında yeni növ virusdan ölənlərin sayı 5100 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada koronavirusdan 15 nəfər ölmüşdü.