Nərimanov rayon İcra Hakimiyyətinin işçisi vəfat edib .

Belə ki, İcra hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Hüseyn Cəfərov 61 yaşında vəfat edib. İlkin olaraq, H.Cəfərovun infarkt keçirdiyi və bu səbəbdən də vəfat etdiyi deyilir.

Medianews.az xəbər verir ki, faktı “oxu.az”a Nərimanov rayon İcra Hakimiyyətindən təsdiq ediblər və əməkdaşlarının qəfil vəfatı səbəbindən ailə yaxınlarına baş sağlığı bildiriblər.