İki min illik tarixi olan və zaman keçdikcə dənizlə əlaqəsi kəsilən daxili liman çəhrayı rəngli ürək şəkilli gölə çevrilib.

“Haber Global”ın təqdim etdiyi görüntülər Türkiyənin Çanaqqala vilayətinin Ezine bölgəsində Dalyan kəndinin cənub-şərqində yerləşən Troada Aleksandriya antik şəhərindəndir.

Gölün duzlu suyunun rənginin dəyişməsi ilə antik liman bu gün dünyada çəhrayı rəngdə olan səkkiz göldən biri olub.