“Oğlum şəhid oldu, vətən sağ olsun”.

Bu sözləri şəhidimizin atası Əli Məmmədov BAKU.WS-in bölgə müxbirinə açıqlamasında bildirib. O, övladının torpaqlarımızın azadlığı uğrunda şəhid olmasından qürur hissi keçirdiyini bildirib.

“Övladım şəhidlər sırasına qatıldı. Oğlumun qisasının alınacağı günü gözləyirəm”, – deyə şəhid Elşən Məmmədovun atası bildirib.